Ana Sayfa > Parlament / Aia TV / Karusel > Şirvanda oksigen balonu partladı: ölən var
Şirvanda oksigen balonu partladı: ölən var3-03-2016, 11:24. Yazar: admin |
Bu gün səhər saatlarında Şirvan şəhəri, M. Mirzəyev küçəsində yerləşən oksigen doldurma məntəqəsində bədbəxt hadisə baş verib. Aia.az APA-ya istinadən bildirir ki, nəticədə 49 yaşlı kişi ölüb. Oksigen balonu yaranmış təzyiq nəticəsində partlayıb və həmin məntəqədə çalışan, 1967-ci il təvəllüdlü Məmmədov Füzuli Seyran oğlu zərbənin gücündən divara çırpılıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hazırda onun meyidi müayinə olunmaq üçün Şirvan Şəhər Patoloji Anatomiya və Məhkəmə-tibi ekspertiza mərkəzinə yerləşdirilib. Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır. Geri dön |