Ana Sayfa > Dünya > ÜTT baş direktoru vəzifəsini vaxtından əvvəl tərk etməyi planlaşdırır

ÜTT baş direktoru vəzifəsini vaxtından əvvəl tərk etməyi planlaşdırır


14-05-2020, 09:22. Yazar: sevinc1
ÜTT baş direktoru vəzifəsini vaxtından əvvəl tərk etməyi planlaşdırır


Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Robertu Azevedu müddətin 2021-ci ildə bitməsini gözləmədən bu vəzifədən istefa vermək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi bildirib.

Məlumata əsasən, ÜTT başçısı artıq qərarı barədə təşkilata üzv ölkələrin nümayəndələrini xəbərdar edib.

Qeyd olunur ki, Azevedunun səlahiyyətləri rəsmi olaraq bitənə qədər dörd müavindən biri müvəqqəti baş direktor vəzifəsinə təyin edilə bilər: Nigeriyalı Yonov Frederik Aga, Almaniyalı Karl Brauner, Amerikalı Alan Volf və çinli Yi Syaoçjun.

aia.az
Geri dön