Ana Sayfa > Manşet / Ölkə > İcra başçısı lüks avtomobilindən imtina etməsi ilə bağlı məsələyə aydınlıq gətirdi
İcra başçısı lüks avtomobilindən imtina etməsi ilə bağlı məsələyə aydınlıq gətirdi13-05-2020, 17:21. Yazar: sevinc1 |
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev son günlər bahalı avtomobilindən istifadə etməməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. İcra başçısı Oxu.Az-a açıqlamasında bildirib ki, bunlar əsassız iddialardır: “Bunlar şayiədir, böhtan xarakterli xəbərlərdir. Hazırda hökumət tərəfindən verilən “Toyota” markalı, 16-AA-001 dövlət nömrə nişanlı xidməti maşınla rayon ərazisində hərəkət edirəm”. Ə.Abıyev özünə yerli istehsal olan “NAZ Lifan” avtomobili alaraq, rayon ərazisində həmin avtomobildə hərəkətə üstünlük verməsi barədə deyilənlərdən də danışıb. O qeyd edib ki, rayon ərazisində hərəkət üçün “NAZ Lifan” avtomobili almayıb: “Belə bir planım da yoxdur. Mən üç aydır nə qonşu rayonlara, nə də Bakı şəhərinə gedirəm”. aia.az Geri dön |