Ana Sayfa > Ölkə > AAYDA:
AAYDA:12-05-2020, 10:42. Yazar: sevinc1 |
![]() Bakı-Quba-Rusiya sərhədi avtomobil yoluna alternativ çəkilən M1 magistral yolunun 100 kilometrlik hissəsinin tikintisi yekunlaşmaq üzrədir. Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O bildirib ki, artıq adıçəkilən yolda tamamlanma işləri aparılır: "Rusiya sərhədinə qədər yeni inşa edilən avtomagistralın 100 kilometrə yaxın hissəsinin tikintisi bitmək üzrədir". Xatırladaq ki, Bakı-Quba-Rusiya sərhəddi avtomobil yoluna alternativ çəkilən yol ödənişli olacaq. Geri dön |