Ana Sayfa > Manşet > 3 saylı şəhər klinik xəstəxanası müvəqqəti bağlandı

3 saylı şəhər klinik xəstəxanası müvəqqəti bağlandı


11-05-2020, 16:34. Yazar: sevinc1
3 saylı şəhər klinik xəstəxanası müvəqqəti bağlandı




Bu gün səhər saatlarında Bakıda 3 saylı şəhər klinik xəstəxanası bağlanıb.

AİA.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yazılıb.
Bildirilir ki, 3 saylı Şəhər Xəstəxanasına qəbul bir neçə saatdır dayandırılıb.

“Həkimləri və personalı binadan buraxmırlar. Sayları 100-dən çox olan xəstə və xəstə yaxınları xəstəxananın önünə toplaşıb. Səbəblər haqqında onlara bilgi verilmir. Məsələyə aydınlıq gətirmək üçün TƏBİB-lə əlaqə saxladıq.

Qurumun mətbuat katibi Rəvanə Əliyeva BAKU.WS-ə bildirib ki, xəstəxanada pofilaktik dezinfeksiya işləri aparılıb.

“Bu səbəbdən də xəstəxana boşaldılıb. İşlər bitdikdən sonra xəstəxana adi qaydada fəaliyyət göstərəcək. Bütün qaydalara əməl edilmək şərtilə xəstələr xəstəxanaya daxil ola biləcəklər”, - deyə Rəvanə Əliyeva bildirib.

AİA.Az
Geri dön