Ana Sayfa > Manşet > Millət vəkili “Yaradıcılığı evdə öyrən”ən istedadları mükafatlandırdı - FOTOLAR

Millət vəkili “Yaradıcılığı evdə öyrən”ən istedadları mükafatlandırdı - FOTOLAR


11-05-2020, 16:14. Yazar: sevinc1
Millət vəkili “Yaradıcılığı evdə öyrən”ən istedadları mükafatlandırdı - FOTOLAR



Dünyada hökm sürən koronavirus pandemiyası səbəbindən digər sahələrdə olduğu kimi, mədəniyyətinonlayn təbliği, insanların evdə asudə vaxtlarının səmərəli təşkili üçünMədəniyyət Nazirliyinin start verdiyi yeni "Yaradıcılığı evdə öyrən -özünü kəşf et və bacarıqlarınla tanın!” adlı layihəsində Bakı şəhəri, Nizami rayonu (seçki dairəsindən asılı olmayaraq, bütün rayon ərazisiniəhatə edib) üzrə qeydiyyatda olan vətəndaşlar da aktiv iştirak edib.

Kreativ layihə çərçivəsində1 ay davam edən müsabiqə 7 may tarixdəyekunlaşıb. Bununla bağlı Nazirliyin rəsmi facebook səhifəsində hər gün xalqsənətkarlığı, aşıq musiqisi, rəsm, bədii qiraət, rəqs kimi mədəniyyətinmüxtəlif istiqamətlərinə həsr olunan və ev şəraitində milli mədəni irsimizinbu növlərinin insanlar tərəfindən mənimsənilməsini ehtiva edən videodərslər paylaşılıb.Bu prosesdə müsabiqə iştirakçıları öz maraq dairəsinə uyğun sahəniseçməklə yeni məhsul hazırlayaraq, bu prosesi və hazır variantı evdə mobiltelefon vasitəsilə çəkərək təqdim ediblər. Layihə üzrə müsabiqəyə qeydedilən sahələr üzrə yalnız həvəskar şəxslər qatılıb.



İstedadların hazırladığı vəfacebookda ən çox bəyənilən və baxış sayı yığan ilk 3 video qalib olub. Nəhayət ki,müsabiqənin qiymətləndirməsinə uyğun olaraq, qaliblərin mükafatlandırılmasımərasimi keçirilib

Mükafatlandırma mərasimində millət vəkili Könül Nurullayeva da iştirak edib. Mərasimdəçıxış edən K.Nurullayeva mədəniyyətimizin onlayn təbliğinə xidmət edənmüsabiqənin böyük maraqla qarşılanmasını müsbət hal kimi dəyərləndirib. O,bu layihənin insanlara təlim proqramlarından faydalanaraq, yeni bacarıqlarıkəşf etməyə və özünə əminlik hisslərini gücləndirməyə imkan yaratdığınıvurğulayıb. Bu cür müsabiqələrindavamlı olmasının vacibliyini diqqətə çatdırıb. Daha sonra mükafatlarqaliblərə təqdim olunub.

eyd edək ki, Orucova Məryam 1-ci yer, Hacıyeva Leyla 2-ci yer, ƏliyevaFidan və Paşazadə Cahan 3-yerin qalibi olub. 1-ci yerin qalibinə 1000 AZN,2-ci və 3-cü yerin sahiblərinə isə pul mükafatı ilə yanaşı, hədiyyələr vəsertifikatlar təqdim edilib.






Geri dön