Ana Sayfa > Parlament / Aia TV / Karusel > Mal-qara oğrusu: Azərbaycan gəncliyinə sözüm odur ki... – VİDEO
Mal-qara oğrusu: Azərbaycan gəncliyinə sözüm odur ki... – VİDEO2-03-2016, 16:32. Yazar: admin |
“Oğurluq çox pis şeydir..” Kürdəmirdə oğurluq hadisəsi baş verib. Aia.azRegion TV-yə istinadən xəbər verir ki, rayonun Qarasaqqalı kənd sakinləri Cavad Məmmədov və Cabir Abdullayev qabaqcadan əlbir olaraq Kürdəmirin Karrar kənd sakini Mayisə İsgəndərovanın həyətindəki tövlədən 3 iribuynuzlu heyvanı oğurlayıblar. Daha sonra inəyi Ağsu rayonundakı mal bazarında həmin rayonun Çiyni kənd sakini Sahibə Abdulovaya 590 manata satıblar. Saxlanılan şəxs: “2 dana, 1 inək götürdük. Çox peşmanam. Azərbaycan gəncliyinə sözüm odur ki, oğurluq eləməsinlər. Oğurluq çox pis şeydir. Kimin xoşuna gələr ki? Zəhmətlə pul qazansınlar”. Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq hadisəsinin üstü açılıb və inək sahibinə qaytarılıb. Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparilir. Geri dön |