Ana Sayfa > Karusel / Ölkə > Məşhur polkovnik işdən çıxarıldı
Məşhur polkovnik işdən çıxarıldı10-05-2020, 13:18. Yazar: sevinc1 |
Məşhur polkovnik, Ədliyyə Nazirliyi Gəncə regional idarəsinin rəisi Nizami Qocayev vəzifəsindən azad edilib. AİA.Az xəbər verir ki, nazir Fikrət Məmmədovun əmrilə o, təqaüdə göndərilib. 2016-cı ildən Ədliyyə Nazirliyi sistemində çalışan N.Qocayev ondan əvvəl DİN-də yüksək cəzifələrdə çalışıb və polis polkovniki kimi məşhurdu. O, DİN-in İstintaq İdarəsinin rəisi vəzifəsində çalışıb. 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq, həbs edilib. Məhkəmə tərəfindən ona verilən cəzanın bir hissəsini çəkdikdən sonra 2002-ci ildə dövlət başçısı tərəfindən əfv olunub. Bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına bərpa edilib. Sonradan İsmayıllı rayonunun polis rəisi vəzifəsində çalışıb. Nizami Qocayev “BakuPost” açıqlamasında təqaüdə göndərildiyini təsdiqlətib: “Burda nə var ki, artıq təqaüd yaşımdır”. Polkovnik bundan sonrakı planlarından da danışıb: “45 il işlədim. Pensiya alıram. Daha bəsdi, bundan sonra istirahət edəcəm, sağlamlığımla məşğul olacam”. E.Mirzəyev AİA.Az Geri dön |