Ana Sayfa > Ölkə / Aia TV / Şou-biznes > “Toydan aldığım pulu restoranın pilləkəninə səpdim”
“Toydan aldığım pulu restoranın pilləkəninə səpdim”10-05-2020, 12:53. Yazar: sevinc1 |
Əməkdar artist Mətanət İsgəndərli "Söhbət var" verilişində qonaq olub. AİA.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bir dəfə toya gecikdiyinə görə pulunun kəsildiyini deyib: "Tıxaca görə toya 1 saat gecikmişdim. Toy sahibinə dedim ki, "saat 1-ə, 2-yə kimi oxuyaram". Gecikmişdim deyə saat 3-ə işləmişə qədər oxudum. Buna baxmayaraq alacağım pulu kəsdilər. Məni ağlamaq tutdu, əsəbimdən pulu restoranın pilləkənlərinə tulladım. Toy sahibinin vicdanı yol verməmişdi, səhəri gün pulu artıqlaması ilə çatdırmışdılar". AİA.Az Geri dön |