Ana Sayfa > Dünya > Gürcüstanda koronavirusla bağlı son statistika

Gürcüstanda koronavirusla bağlı son statistika


9-05-2020, 12:52. Yazar: sevinc1
Gürcüstanda koronavirusla bağlı son statistika



Gürcüstanda koronavirusa yoluxanların sayı daha 3 nəfər artaraq 626-ya çatıb.

AİA.Az xəbər verir ki, bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.

Xəstəlik səbəbindən ölənlərin sayında artım qeydə alınmayıb -10 nəfər. 297 nəfər sağalaraq evinə buraxılıb.

Ölkədə koronavirus səbəbi ilə 4 702 nəfər karantində saxlanılır, 459 nəfər stasionar şəraitdə müalicə olunur.

Qeyd edək ki, Gürcüstanda martın 21-də elan edilən fövqəladə vəziyyət rejimi mayın 22-dək uzadılıb.

AİA.Az
Geri dön