Ana Sayfa > Karusel / Ölkə / Cəmiyyət > Karantin qaydalarını pozan daha 739 sürücü cərimələndi

Karantin qaydalarını pozan daha 739 sürücü cərimələndi


9-05-2020, 12:42. Yazar: sevinc1
Karantin qaydalarını pozan daha 739 sürücü cərimələndi




Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 08.05.2020-ci il saat 00:00-dan 09.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 739 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən AİA.Az-a verilən məlumata görə, ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 50174 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

AİA.Az
Geri dön