Ana Sayfa > Siyasət > GUAM Şuşanın Ermənistan tərəfindən işğalını pisləyib

GUAM Şuşanın Ermənistan tərəfindən işğalını pisləyib


8-05-2020, 16:49. Yazar: sevinc1
GUAM Şuşanın Ermənistan tərəfindən işğalını pisləyib



Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat – GUAM Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalını pisləyib.

Trend-in məlumatına görə, bu barədə təşkilatın katibliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: “Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində müstəqilliyi və suverenliyini dəstəklədiyimizi bir daha bildiririk”.

Xatırladaq ki, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı sistematik təcavüz siyasətinin tərkib hissəsi olaraq, 1992-ci ilin may ayının 8-də Ermənistan silahlı qüvvələri tərəfindən tarixi Azərbaycan şəhəri olan Şuşa işğal olunub. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.


aia.az
Geri dön