Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Azərbaycanda daha 75 nəfərdə koronavirus aşkarlandı, 25 nəfər sağaldı

Azərbaycanda daha 75 nəfərdə koronavirus aşkarlandı, 25 nəfər sağaldı


8-05-2020, 16:07. Yazar: sevinc1
Azərbaycanda daha 75 nəfərdə koronavirus aşkarlandı, 25 nəfər sağaldı


Azərbaycanda 75 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a daxil olan məlumata görə, hazırkı dövrədək ölkəmizdə 2279 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1576 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 675 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 39 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 181530 test aparılıb.


aia.az
Geri dön