Ana Sayfa > Karusel / Parlament > İsmayıllıda törədilən qətl hadisəsi ilə bağlı cinayət işi başlanıldı
İsmayıllıda törədilən qətl hadisəsi ilə bağlı cinayət işi başlanıldı8-05-2020, 11:25. Yazar: sevinc1 |
Mayın 7-də saat 11 radələrində 1972-ci il təvəllüdlü Ağasəf Soltanovun güllə yarası xəsarətləri ilə meyitinin İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. İsmayıllı rayon prokurorluğundan aia.az-a verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İlkin istintaqla 2000-ci il təvəllüdlü Şirxan Əzimovun aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə səbəbindən qisas almaq məqsədilə mayın 7-də saat 9 radələrində rayonun Müşgəmir kəndi ərazisində ov tüfəngi ilə A.Soltanova 3 dəfə atəş açmaqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ş.Əzimov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. aia.az Geri dön |