Ana Sayfa > Manşet / Ölkə > Çürük toxum, çürük mənəviyyat və ya (Elə qayğı belə "qayğı")
Çürük toxum, çürük mənəviyyat və ya (Elə qayğı belə "qayğı")7-05-2020, 19:56. Yazar: sevinc1 |
AİA.Az dağlar.tv-yə istinadən xəbər verir ki Dünya koronavirus pandemiyası ilə savaşa girib. Dünyanın böyük gücləri bu qorxunc virusa məğlub olduğu, yenildiyi bir vaxtda Azərbaycan nümunəsi örnəyə çevrilələk öyrənilir. Öz ölkəsinin qayğıları ilə bərabər hətta qonşu dövlətlərə də diqqət və yardımını əsirgəmir. İnsanlarımıza xüsusi karantin rejimi tətbiq olunduğu bir dönəmdə hər cür – maddi və mənəvi dəstək göstərilir. Şəxsən dövlət başçısı İlham Əliyev cənabları və I vitse prezident Mehriban Əliyeva, Heydər Əliyev Fondu, ölkənin bütün strukturlarını insanların üzləşdikləri çətinliklərin həllində onlara hərtərəfli yardım göstərməyə yönəldilib. Bütün təbəqələr – iş adamlarından tutmuş aztəminatlı çətin durumda olan insanlara qədər heç kəs diqqətdən kənarda qalmayıb. Di gəl ki,... Son günlər dövrü mətbuatda, televiziya ekranlarında qanun pozuntusu, oğru, quldur və s. bəzi dövlət məmurları, İcra Hakimiyyəti başçılarının həbsi ilə silsilə yazılar dərc olunmaqdadır. Dövlətin I şəxsi özü də çıxışında bu məsələyə toxunub. Bildirib ki, bu həbslər və cəzalardan ibrət götürülməlidir... Redaksiyamıza da bu məsələ ilə bağlı narazılıq, şikayət edənlər yox deyil. Bu günlərdə Göyçay rayonundan redaksiyamıza qan qaraldıcı məlumatlarların ard-arda düzülməsi bizdə məsələni geniş ictimaiyyətin diqqətinə çatdırmaq qənaəti yaratdı. Əvvəlcə şok təəssüratı yaradan hadisə - rayonun üç kəndinin - Müşkürlü, Yeniarx və Çərəkə kəndlərinin 25 sakininin üzləşdiyi qeyri-adi vəziyyəti nəzərdən keçirək. Bu insanlar öz pay torpaqlarında taxıl əkmək üçün Bərdənin Əyricə kəndindən toxum alıblar. Dövlət taxıl Fonduna aid olduğu bildirilən həmin ünvandan alınıb gətirilən və sahələrə səpilən dənlik taxıla xərclər də daxil olmaqla hər kəs təxminən 2 min manata yaxın vəsait xərcləyib. Bəs nəticə? Yeniarx kəndindən Gülhəsən Bədəlov bildirir ki, 1 ha 77sot sahəyə 350 kq taxıl alıb. Çıxış olmayıb. Əkin sahəsi bomboşdur (?) Həmin kəndin digər sakini Bəhruz Qarayev 1,5 ha əraziyə 331kq buğda toxumu səpsə də vəziyyət əvvəlki kimi gözlənilməz olub. B.Qarayev deyir ki, sahənin yarısı otlu çıxıb, yarısı boş. Hər iki şəxs onlara çürük toxum satıldığı qənaətindədir. Məsələ ilə bağlı rayon torpağ şöbələrinə məlumat verilib. Ayın 6-sı komissiyasınin gəlib baxacağı bildirilib. Vəziyyət hər üç kənddə eynidir. İnsanlar onlara dəymiş maddi ziyanın ödənilməsini istəyirlər. Qəribədir, bir neçə gün əvvəl Çərəkə kəndinə gələn 8 nəfərlik komissiyanin nə qərar qəbul etdiyi əkin sahiblərinə hələ də aydın deyil. Çərəkə sakini Akif Əhmədov bildirir ki, ona sahəni ot kimi biçib satmağı məsləhət görüblər. Etiraz edəndə isə hədələnib. Diğər kənd sakinlərinin sahələri biçdirilib, onun sahəsi isə saxlanılmaqdadır. A.Əhmədov da sahəsinə səpilmiş taxılın məhsul vermədiyini, ona dəyən ziyanın ödənilməsini istəyir. Bu yerdə bu məsələyə hələlik nöqtə qoyub hadisələrin axarını diqqətdə saxlamaq qərarındayıq. Keçək başqa bir mövzuya. Elə həmin Çərəkə kəndinin rayon İcra Hakimiyyəti başçısının nümayəndəsi Numan Məcidov və onun kənd bələdiyyə sədri olan oğlu Mehman Məcidovla da bağlı narazılıqların olduğu bildirilir. Səbəb elə həmin kənd sakini Akif Əhmədov bildirir ki, icra nümayəndəsi xüsusi karantin rejimi tətbiq olunduğu müddətdə rayon mərkəzinə iş-güc, eləcə də qazanc dalınca getmək istəyənlərə pulla arayış satıb. Onun özünə qohum kimi güzəşt də edib hələ deyib ki, mənə çatanı çıxıram. (?) Başqalarından 30-40 manat alir. A.Əhmədov həmçinin avtomobil sahibləri və sürücülərdən 40 manat pul aldığını bildirir. Hətta güya bu həngamənin səsi-sorağı rayon hüquq-mühafizə orqanlarının da qulağına çatıb. Və ondan həmin arayışı istəyiblər. A.Əhmədovun surətini bizə göndərdiyi həmin arayışı icra nümayəndəsi Numan Məcidovla əlaqə saxlayaraq məsələyə aydınlıq gətirmək üçün onun xahişi ilə mobil telefonuna da ünvanladıq. Deyilənlırin şər və böhtan olduğunu ifadə etdi. Ona kəndin imkansız ailələrinə göndərilən yardımların da düzgün, aidiyyatı ünvana yönəldilmədiyi barədəki məlimatlarımızı da çatdırdıq. Yardımların onun və oğlunun yaxınlarına verilməsi barədə deyilənləri də gözü götürməyənlərin şər-şəbədəsi adlandırdı. Əhliman müəllimə, Azər müəllimə, Eldəniz müəllimə, İbrahim müəllimə verilən yardımların səbəbini soruşduqda isə həmin şəxslərə hansı xətlə yardım olduğundan xəbərsizdi, dedi. Yəni onluq məsələ deyil. Amma bu yardımın hansı xətlə edildiyi aydınlaşdırıb bizə bildirəcəyi barədə verdiyi söz də hələ ki, söz olaraq qalır. Biz A.Əhmədovla danışarkən avtobusla rayon mərkəzindən kəndə qayıdacaqdı. Sürücü söhbətimizi eşidib çantası maşında olan ərsiz,heç yerdə işləməyən Çərəkə sakini, 2 uşaq anası Zəminə İsmayılovanın da acınacaqlı vəziyyətini bizə çatdırmağı ondan xahiş elədi. Z.İsmayılovaya heç bir yardım olunmayıb. Amma yardım almaq üçün aidiyyatı ünvana müraciət etdikdə güya adına yardım olduğu və ona çatdırıldığı barədə məlumat verilib. Sonradan A.Əhmədov evlərindən bizimlə əlaqə saxlayaraq Z.İsmayılovaya haqqında bizə məlumat verdiklərini danışıb. O da ümidlənib ki, görəsən yardım ala biləcəkmi? Düzü ürək ağrıdan məqamdır. Bütün bu deyilənlərdə haqq-ədalətin kimin tərəfində olduğunu deməyə çətinlik çəkirik. Bu məsələlərə aydınlıq gətirmək aidiyyatı qurumların işidir. İstədiyimiz hər şeyin “düzü düz, əyrini əyri” adıyla ortaya qoyulmasıdır. Təki 25 nəfərin əkin sahəsinə çürük toxum səpilməsini ört-basdır eləyən, baxımsızlıqdan, susuzluqdan, karantin səbəbindən, daha nədən, nədən...hasilə gəldiyini söyləməsinlər. Onda gülməkdən uğunarıq lap. Yəni 25 nəfərin heç olmasa bircəciyində məhsul olsa idi onda məsələyə “don” geyindirməyə yer olardı. O ki, qaldı kənd icra nümayəndəsi və bələdiyyə barədə deyilənlərə... Təki ortaya çürük toxum kimi çürük mənəviyyat məsələsi çıxmayaydı. Onda “Elə qayğı, belə qayğı”? deyə dizimizə vurub vəzifə etibar edilmiş dövlət məmurların ünvanına deməyə söz tapa bilməzdik. Çürük toxum, çürük mənəviyyat və ya (Elə qayğı belə "qayğı") P.S. Qarşı tərəfin də fikrini dərc etməyə hazırıq. Yəqin ki, aidiyyatı qurumlar yazıda əksini tapan məsələlərə aydınlıq gətirəcəkdır. Geri dön |