Ana Sayfa > Manşet / Gündəm > Şöbə müdiri icra başçısının bu təklifinə görə işdən çıxdı -
Şöbə müdiri icra başçısının bu təklifinə görə işdən çıxdı -7-05-2020, 11:55. Yazar: sevinc1 |
![]() Suraxanı rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub. Unikal.org-un əldə etdiyi məlumata görə, icra başçısı Əziz Əzizov İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudarov Barxudar İsmayıl oğluna kiçik vəzifəyə keçirməyi təklif edib. Bununla razılaşmayan 1-ci dərəcə dövlət qulluqçusu öz ərizəsi ilə işdən çıxıb. Əziz Əzizovun əmri ilə, Fikrət Məmmədov Suraxanı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib. O, bu təyinata qədər 30 saylı Suraxanı birinci seçki dairəsinin sədri vəzifəsində çalışıb. aia.az Geri dön |