Ana Sayfa > Karusel / Parlament > Qazaxıstanla sərhəddə öldürülən azərbaycanlının nəşi ailəsinə təhvil verilib
Qazaxıstanla sərhəddə öldürülən azərbaycanlının nəşi ailəsinə təhvil verilib6-05-2020, 11:28. Yazar: sevinc1 |
Qazaxıstanla sərhəddə öldürülən azərbaycanlının nəşi ailəsinə təhvil verilib. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən aia.az-a verilən məlumata görə, 6 may 2020-ci il tarixdə Xəzər dənizinin mərkəzi istiqamətində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən 30 aprel 2020-ci il tarixdə Qazaxıstan Respublikasının Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Xəzər dənizində 4 nəfər Azərbaycan Respublikası vətəndaşının saxlanılması zamanı silahın tətbiqi nəticəsində həyatını itirmiş Neftçala rayonu sakini, 1969-cu il təvəllüdlü İbrahimov Qəhrəman Kamil oğlunun cənazəsi qəbul edilib və həmin gün ailəsinə təhvil verilib. aia.az Geri dön |