Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Sabirabadda qardaş bacısının başını kəsdi

Sabirabadda qardaş bacısının başını kəsdi


1-03-2016, 15:32. Yazar: admin
Sabirabadda qardaş bacısının başını kəsdi


Sabirabad rayonunda qətl hadisəsi baş verib.

Aia.az APA-ya istinadən bildirir ki, hadisə bu gün rayonun Qalağayın kəndində qeydə alınıb.

Kənd sakini, 1990-cı il təvəllüdlü İbişov Famil Əlirza oğlu bacısı, 1988-ci il təvəllüdlü İbişova Hüsniyyə Əlirza qızının boğazını kəsərək qətlə yetirib.

Famil İbişov saxlanılıb. İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib.

Meyit müayinə olunmaq üçün Sabirabad rayon morquna aparılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Geri dön