Ana Sayfa > Qərbi Azərbaycan / Manşet / Karusel > Masallının baş həkimi olmayan bir şeyə yüz minlər xərcləyib
Masallının baş həkimi olmayan bir şeyə yüz minlər xərcləyib1-03-2016, 14:44. Yazar: admin |
Cəlil Nəzərovun inanılmaz «fokusları»Masallının baş həkimi olmayan bir şeyə yüz minlər xərcləyib Masallının baş həkimi Cəlil Nəzərovun unikal pul silmə əməliyyatları mövcud imiş. Rayonda milyonçu baş həkim kimi ad çıxarmış sözügedən şəxsin elə şeylər üçün pul ayırtdırdığı məlum olub ki, bişimiş toyuğun gülməyi gəlir. Demokratiya.info xəbər verir ki, Masallı Mərkəzi Xəstəxanası hazırda əsaslı şəkildə təmir olunduğu üçün bütün heyət köhnə xəstəxananın binasına yerləşib. Orada nəinki palata, heç də həkimlərin normal şəkildə oturmaları üçün otaqları da yoxdur. Amma Cəlil Nəzərov olmayan otaqlarda olmayan xəstələr üçün pul ayırtdırıb. Məsələn, otən il Masallı Mərkəzi Xəstəxanasına ərzaq məhsullarının alınması üçün 126,5 min manat pul ayrılıb. Əcəba, bu qədər «ərzaq» kimə, hansı xəstəyə yedirdilib? Cəlil Nəzərovun «fokus»ları bununla bitmir. Onun köhnə xəstəxananın binasını əsaslı və cari şəkildə təmir etdirməsi üçün pul alması da ağlamalı haldır. Çünki həmin binanı təmpr etdirmək üçün nəinki 80 min, heç 800 min manat da kifayət etməz. Amma baş həkim cari təmir işlərinə 40 min, əsaslı təmir işlərinə isə 42 min manat pul «xərcləyib». Masallı Mərkəzi Xəstəxanasının dəftərxana ləvazimatlarına isə il ərzində 50 min manat pul sərf olunub. Əgər həmin pulun 5000 manatı bu işlərə sərf olunubsa, o zaman qanun hamıya qənim olsun. Nəzərovun «fokusları» sırasında idarə xərcləri üçün 19 min manatın, ehtiyat hissələrinin satın alınması üçün 6500 manatın, yumuşaq inventarların satın alınması üçün 35 min manatın, mətbəə xərcləri üçün 12 min manatın, habelə avadanlıqların satın alınması üçün 97500 manat bir dəfə, 77200 manat isə ikinci dəfə satın alınması da var. Buraya inventarların satın alınması üçün 74 min manatı da əlavə etsək, o zaman Cəlil Nəzərova Masallıda boş yerə «milyonçu baş həkim» deyilmədiyini düşünməyə əsas var. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri dön |