Ana Sayfa > Təhsil / Manşet / Karusel > Əbülfəs Qarayevin Ucardakı adamı narazılıq yaradır - ŞİKAYƏT VAR

Əbülfəs Qarayevin Ucardakı adamı narazılıq yaradır - ŞİKAYƏT VAR


1-03-2016, 14:38. Yazar: admin
Əbülfəs Qarayevin Ucardakı adamı narazılıq yaradır - ŞİKAYƏT VAR
Əbülfəs Qarayevin Ucardakı adamı narazılıq yaradır
Ucar Mədəniyyət və Turizm İdarəsi mövsümi yığıma start verib.

VİZUAL.az-a edilən şikayətdə bildirilir ki, musiqi məktəblərinin işçilərindən pul yığılmasına başlanıb.

Ancaq bunun səbəbi onlara izah olunmayıb. Belə ki, prezidentin əmək haqların 10 faiz artırdığı pul idarəyə çatmaqdadır.
Müdiriyyət bildirib ki, kim pul verməsə həmin müəllimin dərs saatı azaldılacaq. Şikayətdə deyilir ki, qeyri-rəsmi tələb ciddi narazılıq doğurub. Ölkədə iqtisadi vəziyyətin çətinləşdiyi və müəllimlərin onsuz da maaşının aşağı olduğu vaxtda idarə rəhbərliyinin özbaşına tələbi prezidentin son müşavirələrdə etdiyi çıxışa qarşı çıxmaq kimi qiymətləndirilir.
Daha əvvəl də Ucar rayon Mədəniyyət və Turizm İdarəsinin adı qanunsuzluqda hallanıb. Dəftərxana ləvazimatları almaq üçün fiziki şəxs Rac Məmiş oğlu Talıbovun adına 15500 manat pul köçürülüb. Bu rəqəm isə dodaq uçuqlayır. Qarşı tərəfi dinləməyə hazırıq.
Geri dön