Ana Sayfa > Ölkə > Goranboy rayon İcra Hakimiyyəti Başçısı növbəti video müşavirə keçirdi

Goranboy rayon İcra Hakimiyyəti Başçısı növbəti video müşavirə keçirdi


4-05-2020, 17:28. Yazar: sevinc1
Goranboy rayon İcra Hakimiyyəti Başçısı növbəti video müşavirə keçirdi




İnzibati ərazi dairəsi üzrə nümayəndəliklər və adiyyatı təşkilat rəhbərləri ilə keçirilən video müşavirədə İcra başçısı Məhərrəm Quliyev əhali arasında virusa yoluxmanın vəziyyəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair Nazirlər Kabinetinin qərarına irəli gələn məsələlərin yerlərdə icrasına əməl olunması, aztəminatlı ailələrə sosial qayğının göstərilməsi və kənd təsərrüfatı işlərinin gedişi, o cümlədən çiyid səpini, tütün əkini ilə bağlı şum işlərinin aparılması və barama kümxanalarında vəziyyət barədə məlumatları dinlədi. İcra başçısı bu sahədə həlli vacib məsələlərin icrası ilə bağlı inzibati ərazi dairəsi üzrə nümayəndələrə və digər aidiyyəti məsul şəxslərə tapşırıqlarını verdi. Yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə, kənd təsərrüfatı sahəsində çalışanlarla bağlı verilən rəsmi arayışlara və aztəminatlı ailələrə ərzaq yardımlarının verilməsində obyektivliyin gözlənilməsinə də toxunan icra Başçısı, bu sahələrdə qanunazidd hallara yol verilməməsini ciddi surətdə tapşırdı.

aia.az


Geri dön