Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Metroda konsert veriləcək

Metroda konsert veriləcək


1-03-2016, 14:16. Yazar: admin



Moskva nəqliyyat departamenti paytaxt metropoliteni ilə birgə yeni "Metroda musiqi" layihəsinə start verir.

Aia.azTASS-a istinadən xəbər verir ki, may ayından etibarən 200 müğənni və musiqili qrup metro stansiyalarında qanuni əsaslarla cıxış edəcək.

İstənilən musiqiçi ərizələrini təşkilat komitəsinə verə bilər.

Təşkilatçılar hesab edirlər ki, müraciət edənlərin sayı çox olacaq - Moskva musiqiçiləri belə layihəni çoxdan gözləyirdilər. Münsiflər heyəti ərizəçilər arasından ən yaxşılarını seçəcək.

Çıxışlar xüsusi təşkil olunmuş, sərnişinlərin gediş-gəlişinə təhlükə və mane olmayan meydança və yerlərdə təşkil olunacaq. Meydançalar pulsuz təqdim olunacaq, sərnişinlər isə könüllü olaraq müğənnilərə maddi dəstək edə beləcəklər.

Konsertlər metronun gərgin işləyən saatlar istisna olmaqla, saat 10.00-dan 17.00-a kimi və 20.00-dan 22.00-a kimi hər gün təşkil olunacaq.
Geri dön