Ana Sayfa > Dünya > Yaponiyada fövqəladə vəziyyət mayın 31-dək uzadıldı
Yaponiyada fövqəladə vəziyyət mayın 31-dək uzadıldı4-05-2020, 12:46. Yazar: sevinc1 |
Yaponiyada koronavirus pandemiyası ilə əlaqədar elan edilən fövqəladə vəziyyət rejimi mayın 31-dək uzadılıb. Trend-in məlumatına görə, bunu ölkənin Baş naziri Sindzo Abe hökumətin iclası zamanı elan edib. Ölkədə hazırda qüvvədə olan fövqəladə vəziyyət mayın 6-da başa çatmalı idi. Xatırladaq ki, Yaponiyada aprelin 7-də bir ay müddətinə fövqəladə vəziyyət elan edilib. Bu günədək Yaponiyada 14 800-dən çox koronavirusa yoluxma qeydə alınıb. Onlardan 487 nəfəri ölüb, 4 minə yaxın xəstə sağalıb. aia.az Geri dön |