Ana Sayfa > Dünya > Rusiyada 10 mindən çox şəxsdə koronarivusa yoluxma qeydə alındı

Rusiyada 10 mindən çox şəxsdə koronarivusa yoluxma qeydə alındı


4-05-2020, 12:12. Yazar: sevinc1
Rusiyada 10 mindən çox şəxsdə koronarivusa yoluxma qeydə alındı


Rusiyada koronavirusa yoluxma göstəriciləri sürətlə artmaqdadır.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 10 581 nəfər koronavirusa yoluxub, 76 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 145 268 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 1 356 nəfərə çatıb.

Ölkə ərazisində virusdan ümumilikdə 18 095 nəfər sağalıb, 125 817 nəfərin müalicəsi isə davam edir.


aia.az
Geri dön