Ana Sayfa > Karusel / Ölkə > Karantin qaydalarını pozan daha 1049 sürücü məsuliyyətə cəlb olundu

Karantin qaydalarını pozan daha 1049 sürücü məsuliyyətə cəlb olundu


4-05-2020, 10:05. Yazar: sevinc1
Karantin qaydalarını pozan daha 1049 sürücü məsuliyyətə cəlb olundu


Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 03.05.2020-ci il saat 00:00-dan 04.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1049 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən aia.az-a verilən məlumata görə, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 47477 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

aia.az
Geri dön