Ana Sayfa > Parlament > Bakıda narkotik alverçiləri yaxalandı
Bakıda narkotik alverçiləri yaxalandı4-05-2020, 09:52. Yazar: sevinc1 |
Paytaxtda narkotik alveri ilə məşğul olan şəxslər saxlanılıb. Trend-in məlumatına görə, Nərimanov rayon Polis İdarəsinin əməkdaşların keçirdiyi əməliyyat zamanı şəhər sakini 1996-cı il təvəllüdlü X.Hüseynov saxlanılıb. Ondan 0,296 qram heroin, 1,551 qram metamfetamin aşkar edilib. Nəsimi rayon Polis İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü R.Səfərov saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan 4,707 qram heroin aşkar edilirək götürülüb. Həmin gün Xətai rayon Polis İdarəsinin əməkdaşlarının şübhəli şəxs qismində saxladığı 1984-cü il təvəllüdlü R.Həşimovdan 3,171 qram metamfetamin, 1987-ci il təvəllüdlü R.Əhmədovdan isə 1,408 qram heroin və 0,287 qram metamfetamin aşkar edilib. aia.az Geri dön |