Ana Sayfa > Qərbi Azərbaycan > Ramin Bayramlı:
Ramin Bayramlı:1-05-2020, 17:33. Yazar: sevinc1 |
Azərbaycanda həftələr üzrə yoluxma sayında azalma müşahidə edilir. Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, amma aprelin 27-dən sonrakı həftə ərzində karantin rejiminin yumşaldılması ilə əlaqədar yolxuma sayının azalmasında da bir azalma müşahidə edilir. Bu da onu göstərir ki, biz hər cür ssenariyə hazır olmayıq: "İndiyədək Azərbaycanda 1 854 nəfər koronavirusa yoluxub, 25 nəfər isə dünyasını dəyişib. Hazırda 464 nəfər aktiv xəstə Bakıda və regionlarda ayrılmış xüsusi xəstəxanalarda müalicəsini davam etdirir. Onların 20-si reanimasiyadır ki, bu xəstələrdən 8-i süni tənəffüs aparatına qoşulub". R.Bayramlı bildirib ki, ölkə üzrə yoluxma hallarının təxminən 50 faizi Bakının payına düşür. Yoluxma hallarının 22 faizi 50-59 yaşlı insanlar arasında qeydə alınır. Yoluxma halları daha çox qadınlar arasında müşahidə edilir. aia.az Geri dön |