Ana Sayfa > Parlament / Seçilənlər-3 / Aia TV / Karusel > Bakıda kompüter oğrusu saxlanıldı – VİDEO
Bakıda kompüter oğrusu saxlanıldı – VİDEO1-03-2016, 13:40. Yazar: admin |
Məhərrəmov 8 dəfə eyni əməli törədib. Bakıda kompüteri oğurlamaqda şübhəli bilinən şəxs tulub. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat veriblər. Məlumata əsasən, fevralın 23-də Bakı şəhər sakini Müzəffər Məmmədova məxsus Ş.Mustafayev küçəsində yerləşən kompüter oyun zalından bir ədəd oyun kompüter oğurlanıb. Nərimanov RPİ TŞX, 18-ci PB və Metropolitendə PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, kompüteri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1987-ci il təvəllüdlü Ayaz Məhərrəmov tutulub. Müəyyən edilib ki, o, fevralın 14-də Xətai rayonunda Q.Nəbi küçəsində Ziya İsmayılzadəyə, fevralın 24-də S.Vəzirov küçəsində Elvin Nəcəfova, fevralın 26-da Yasamal rayonu B.Vahabzadə küçəsində Hüseyn Zeynalova, fevralın 17-də Yeni Yasamalda Ramin Ağayevə, fevralın 26-da Sabunçu rayonu Ə.Cəfərov küçəsində Seymur Ələkbərova, fevralın 9-da Nərimanov rayonu Ə.Rəcəbli küçəsində Fərid Qazıyevə və fevralın 21-də Ə.Əlizadə küçəsində Elman Hüseynova məxsus oyun zalından oyun kompüterləri oğurlayıb. Faktla bağlı araşdırma aparılır. Geri dön |