Ana Sayfa > Karusel / Təhsil > Dərs müddətinin dayandırılması bu tarixə qədər uzadıldı

Dərs müddətinin dayandırılması bu tarixə qədər uzadıldı


1-05-2020, 16:44. Yazar: sevinc1
Dərs müddətinin dayandırılması bu tarixə qədər uzadıldı


Azərbaycan Respublika üzrə bütün təhsil müəssisələrində tədris, təlim tərbiyə prosesinin dayandırılması 31 may 2020-ci il tarixinədək uzadılır.

Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb.


aia.az
Geri dön