Ana Sayfa > Siyasət > Rusiya bazarı Azərbaycan məhsullarının tədarükündə maraqlıdır
Rusiya bazarı Azərbaycan məhsullarının tədarükündə maraqlıdır1-05-2020, 12:26. Yazar: sevinc1 |
Rusiya Azərbaycan məhsullarının tədarükündə maraqlıdır. Trend-in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev deyib. O bildirib ki, Rusiya Azərbaycanın qeyri-neft ixracı üçün əsas bazardır: “Son dövrlərdə Azərbaycan məhsullarının Rusiyaya ixracı əhəmiyyətli şəkildə artır. 2019-cu ildə Rusiyaya 731,8 milyon dollar məbləğində məhsul ixrac edilib ki, bu da 2018-ci illə müqayisədə 10 faiz azdır. Koronavirus pandemiyasına baxmayaraq bu ilin birinci rübündə ixracın artımı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 12 faiz təşkil edib. Biz görürük ki, Azərbaycanın istehsal imkanları və Rusiya bazarının tələb potensialı çox yüksəkdir”. aia.az Geri dön |