Ana Sayfa > Gündəm > Milli Məclisdə Kamran Əliyevlə bağlı müzakirə başladı

Milli Məclisdə Kamran Əliyevlə bağlı müzakirə başladı


1-05-2020, 11:20. Yazar: sevinc1
Milli Məclisdə Kamran Əliyevlə bağlı müzakirə başladı


Milli Məclisin iclasında Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Oxu.Az-ın xəbərinə görə, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev baş prokuror vəzifəsinə namizəd Kamran Əliyev barədə məlumat verib.

Qeyd edək ki, K.Əliyev Baş prokurorun müavini – Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisidir.

Ə.Vəliyev bildirib ki, Kamran Əliyev prokurorluq orqanlarının işinin təkmilləşdirilməsində, yüksək səviyyəli kadrların işə qəbulunda mühüm rol oynayıb.

aia.az
Geri dön