Ana Sayfa > Karusel / Ölkə > Karantin qaydalarını pozan daha 735 sürücü saxlanılıb

Karantin qaydalarını pozan daha 735 sürücü saxlanılıb


1-05-2020, 10:25. Yazar: sevinc1
Karantin qaydalarını pozan daha 735 sürücü saxlanılıb


Karantin rejimi qaydalarını pozan daha 735 sürücü saxlanılıb.

BDYPİ-dən aia.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 30.04.2020-ci il saat 00:00-dan 01.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 735 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 44751 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.


aia.az
Geri dön