Ana Sayfa > Karusel / Parlament > Bakıda maskalı şəxs mağazaya silahlı basqın edib
Bakıda maskalı şəxs mağazaya silahlı basqın edib1-05-2020, 10:23. Yazar: sevinc1 |
![]() Bakıda maskalı şəxs mağazaya silahlı basqın edib. aia.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospektində baş verib. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Cavad Nurullayev Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, satıcı işlədiyi Gəncə prospektindəki "Oba" marketə 1 nəfər üzünü tibbi maska ilə bağlayan daxil olaraq əlindəki bıçaqla onu hədələyib və kassadan 1 200 manat götürüb. Faktla bağlı Xətai rayon cinayət işi açılıb, araşdırma aparılır. aia.az Geri dön |