Ana Sayfa > Gündəm / Manşet / Karusel / Seçilənlər > Mehriban xanıma Lənkarandan şikayyət var

Mehriban xanıma Lənkarandan şikayyət var


29-02-2016, 16:53. Yazar: admin


Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və USESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya

Hörmətli Mehriban xanım. Mən Ağayev Ağaəsgər Yusif oğlu üzləşdiyim qanunsuzluq və özbaşınalıq halları ilə bağlı son ümid yeri kimi sizə müraciət etmək məcburiyyətində qaldım. Həm də bu özbaşınalığı törədənlər ölkə başçısı, özünü xalqın xidmətçisi adlandıran möhtərəm İlham Əliyev cənablarının göstərdiyi etimaddan sui-istifadə edərək, insanların haqqını tapdalamaqdan, hətta malını-mülkünü belə əlindən alıb mənimsəməkdən çəkinməyən Lənkəran RİH başçısı T.Qaraşov və onun müavini İlkin Rəhimovdur. Onlar əlbir olaraq Lənkəranda diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərmiş mənim baba ocağımı qeyri-qanuni yolla külli miqdarda pul qazanmaq məqsədi ilə ələ keçirmişlər. Mənim atam Ağayev Yusif 1928-ci ildə, babam Əkbərov Kəlbə Tağı Hacı İbad oğluna məxsus bu evdə anadan olmuşdur. Ona məxsus bu evi 1937-ci ildə məlum hadisələrə görə dövlətə keçmişdir. Bu mülk 1941 45-də hərbi qospital, 1972-ci ilə kimi 3 №-li orta məktəb və keçən ilə kimi diyarşünaslıq muzeyi olmuşdur.
Mən Bakıda yaşayıram. Lakin rayon rəhbərliyi muzeyin binasını şəxsi qazanc yerinə çevirmək məqsədini qarşıya qoyaraq, onun fəaliyyətinə xitam vermişdi. Binanın mənim şikayətimdən sonra qəzalı olduğunu bildirərək, onu Lənkəran RİH başçısının müavini İlkin Rəhimovun yaxın qohumu – Lənkəran şəhər Silavar kənd Bələdiyyəsinin sədri Malik Rəhimovun oğlu E.Rəhimovun adına özəlləşdirmişdir. E.Rəhimov isə oraya dair iş adamı Hacı Məmməd Məmmədovun adına dolayısı yolla etibarnamə verib, bir neçə məmurun adının gizli saxlanmasıma guya nail olmuşdur. Göründüyü kimi, RİH başçısı və müavini əl-ələ verərək, mənim baba yurdumu sataraq, külli miqdarda pul qazanmaq eşqinə düşmüşlər. Halbuki, həmin evin mənim baba mülküm olduğunu, həmin evə vərəsəlik hüququmu təsdiqləyən Lənkəran Rayon Xalq Məhkəməsinin S.M.Qarayevin sədrliyi və Lənkəranın ensiklopediyası kimi tanınan “Lənkəran” kitabının müəllifi, xalq müəllimi, təhqiqatçı Mir Haşım Talışlının şahidliyi ilə keçirilmiş məhkəmə iclasının İş № 2-32 1997-ci il Qətnaməsi mövcuddur. Həmin ev qanunla mənə qaytarılmalı, təklif olunmalı olduğu halda, gizlicə olaraq əlaltından satışa çıxarılıb. Xeyli vaxtdır ki, T.Qaraşov – İ.Rəhimov tandemi mənim öz baba yurduma sahib çıxmağıma imkan vermir. Həm də bu, onların ilk belə zorakılıqla özgə mülkünə göz dikmələri faktı deyil. Rayonda təkcə bu qəbildən bir neçə fakt mövcuddur. Babam Kəbleyi Tağının atası Hacı İbadın qədim şərq arxitekturasını özündə əks etdirən evi satılmış və yerlə-yeksan edilmişdir. Rayonun bu iki rəhbər şəxsinin şəxsi maraqlarının qurbanına çevrilərək satılmışdır. Görəsən, hansısa erməni məmuru öz mədəni abidələrinə qarşı belə dağıdıcı münasibət göstərərdimi? Sapı özümüzdən olan belə baltalar deyilmi soy-köklərimizin, milli-mənəvi dəyərlərimizin aşılanmasına rəvac verənlər? Axı, möhtərəm prezidentimiz ətrafında xalqın sıx birliyini təmin etməli olan bu şəxslər rayonda narazılıq toxumu səpməklə nə demək, kimin dəyirmanına su tökmək məqsədi daşıyırlar. Xahiş edirəm, pozulmuş hüquqlarımın bərpa edilməsi, ədalətin öz yerini alması naminə mənə daim möhtərəm prezidentimizin siyasi xəttini dəstəkləyən bir köməksiz insanın səsinə səs verəsiniz. Baba yurdumun mənə qaytarılmasında sizə, yalnız sizə və ölkə başçısına güvənirəm.
Hörmətlə:
Ağaəsgər Yusif oğlu Ağayev
Ünvan:



Geri dön