Ana Sayfa > Ölkə > Goranboy rayon İcra Hakimiyyəti Başçısı video müşavirə keçirdi

Goranboy rayon İcra Hakimiyyəti Başçısı video müşavirə keçirdi


29-04-2020, 13:43. Yazar: sevinc1
Goranboy rayon İcra Hakimiyyəti Başçısı video müşavirə keçirdi




İnzibati ərazi dairəsi üzrə nümayəndəliklər ilə keçirilən video müşavirədə İcra başçısı Məhərrəm Quliyev Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə, yerlədə xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi, aztəminatlı ailələrə sosial qayğının göstərilməsi və kənd təsərrüfatı işlərinin gedişi barədə məlumatları dinlədi, bu sahədə həlli vacib məsələlərin icrası ilə bağlı inzibati ərazi dairəsi üzrə nümayəndələrə və digər aidiyyəti məsul şəxslərə tapşırıqlarını verdi. Yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə, kənd təsərrüfatı sahəsində çalışanlarla bağlı verilən rəsmi arayışlara və aztəminatlı ailələrə ərzaq yardımlarının verilməsində obyektivliyin gözlənilməsinə də toxunan icra Başçısı, bu sahələrdə qanunazidd hallara yol verilməməsini ciddi surətdə tapşırdı.


aia.az




Geri dön