Ana Sayfa > Cəmiyyət > Karantin qaydalarını pozan daha 806 sürücü saxlanılıb

Karantin qaydalarını pozan daha 806 sürücü saxlanılıb


29-04-2020, 10:36. Yazar: sevinc1
Karantin qaydalarını pozan daha 806 sürücü saxlanılıb


Karantin rejimini pozan daha 806 sürücü saxlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) aia.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 28.04.2020-ci il saat 00:00-dan 29.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 806 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 43177 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

aia.az
Geri dön