Ana Sayfa > İdman > Futbol üzrə İngiltərə çempionatı iyun ayında davam etdirilə bilər

Futbol üzrə İngiltərə çempionatı iyun ayında davam etdirilə bilər


29-04-2020, 09:51. Yazar: sevinc1
Futbol üzrə İngiltərə çempionatı iyun ayında davam etdirilə bilər


Futbol üzrə İngiltərə çempionatının 2019/20 müvsümünün oyunları iyunun 13-dən etibarən davam etdirilə bilər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, liqa rəhbərliyi turnirin davam etdirilməsi üçün hökumətdən icazə almağa çalışır.

Daha əvvəl bildirilib ki, əlverişli epidemioloji vəziyyətdə komandalar may ayında məşqə başlayacaq və matçlar iyunun 8-dən başlayacaq. Ancaq indi İngiltərə Premyer Liqasının klublarından bəziləri çempionatın iyunun 13-dən davam etdirilməsinin daha yaxşı olduğuna əmindirlər. Bu məsələnin müzakirə olunacağı ümumi liqanın iclası cümə günü keçiriləcək.

Qeyd edək ki, İngiltərə Premyer Liqası martın 13-ü koronavirus pandemiyası səbəbilə qeyri-müəyyən müddətə dayandırılıb.


aia.az
Geri dön