Ana Sayfa > Parlament > "28 Mall"dan oğurluq edən keçmiş məhkum saxlanıldı
"28 Mall"dan oğurluq edən keçmiş məhkum saxlanıldı29-04-2020, 09:39. Yazar: sevinc1 |
Bakıda ticarət mərkəzindən oğurluq edən şəxs saxlanılıb. Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisindəki "28 Mall" ticarət mərkəzində baş verib. Martın 9-da naməlum şəxs mərkəzdəki mağazaların birində paltar dəyişmə otağından müştəriyə məxsus, içərisində 516 manat olan pul kisəsini oğurlayıb. Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənə Qubadlı rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə məhkum olunmuş, 1981-ci il təvəllüdlü T.Talıbzadə saxlanılıb. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |