Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb28-04-2020, 11:21. Yazar: sevinc1 |
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 27-də 16,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,35 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 14,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,25 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 15,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,07 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 13,62 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,39 dollar/barel azdır. aia.az Geri dön |