Ana Sayfa > Siyasət / Parlament / Aia TV / Karusel > Parlamentdə əlbəyaxa dava

Parlamentdə əlbəyaxa dava


29-02-2016, 11:28. Yazar: admin



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tanınmış jurnalistlər Can Dündar və Ermen Gülün həbsdən azad edilməsi haqda məhkəmə qərarını qəbul etmədiyini deyib.

Aia.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezidentin məhkəmənin qərarına hörmət etməməsi parlamentdə davaya səbəb olub.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) bu gün keçirilən iclasında CHP-dən olan deputatlar Ərdoğana etiraz ediblər.

Müxalifət təmsilçilərinin sərt çıxışına hakim AKP-nin cavabı gecikməyib.

Deputatların söz dueli sonda əlbəyaxa davaya çevrilib. CHP-li Barış Yarkadaş ilə AKP təmsilçisi Mehmet Metinerin davasına deputat həmkarları müdaxilə ediblər.
Geri dön