Ana Sayfa > İqtisadiyyat > Qazaxıstan dəmir yolları ilə Azərbaycana tranzit yük daşımalarının həcmi açıqlanıb
Qazaxıstan dəmir yolları ilə Azərbaycana tranzit yük daşımalarının həcmi açıqlanıb27-04-2020, 12:21. Yazar: sevinc1 |
2020-ci ilin ilk iki ayı ərzində Qazaxıstandan Azərbaycana və əks istiqamətdə dəmir yolu ilə tranzit yük daşımalarının həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,92 min ton artaraq 5,17 min ton təşkil edib. Bu barədə Trend-ə Qazaxıstan Sənaye və İnfrastruktur İnkişafı Nazirliyindən bildiriblər. Bu müddət ərzində Azərbaycana tranzit 4,42 min ton (2,5 min ton artım), Azərbaycandan tranzit isə 0,75 min ton (0,42 min ton artım) təşkil edib. Hesabat dövründə Azərbaycandan kimyəvi maddə və soda tranziti artaraq 0,12 min tona bərabər olub. Azərbaycana da kimyəvi maddə və soda tranzitində artım qeydə alınıb. Bu ilin ilk iki ayı ərzində bu göstərici 0,29 min ton təşkil edib. Həmin müddət ərzində Qazaxıstan dəmir yolları vasitəsilə Azərbaycan qara metal tranziti artaraq 0,57 min tona bərabər olub. Hesabat dövründə Azərbaycana digər məhsulların tranzitində də artım qeydə alınıb və 3,56 min ton təşkil edib. Nazirlikdən qeyd ediblər ki, 2019-cu il ərzində Qazaxıstan dəmir yolları vasitəsilə tranzit yük daşımalarının həcmi 2018-ci illə müqayisədə 12,64 min ton artaraq 38,65 min ton təşkil edib. Ötən il Qazaxıstandan Azərbaycana dəmir yolu ilə tranzit yük daşımaları 2018-ci illə müqayisədə 11,77 min ton artaraq 30,32 min ton, Azərbaycandan Qazaxıstana dəmir yolu ilə tranzit yük daşımaları 0,87 min ton artaraq 8,33 min ton təşkil edib. aia.az Geri dön |