Ana Sayfa > Manşet / Gündəm > “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolu yenidən qurulacaq -
“Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolu yenidən qurulacaq -27-04-2020, 11:59. Yazar: sevinc1 |
![]() Prezident İlham Əliyev Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. aia.az-ın məlumatına görə, sərəncama əsasən, Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun uzunluğu 23,5 kilometr olan hissəsinin 4 zolağa genişləndirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 30 milyon manat ayrılıb. Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. aia.az Geri dön |