Ana Sayfa > Karusel / Cəmiyyət > Masallıda partlayışda xəsarət alan 5 nəfərin 2-si xəstəxanada öldü

Masallıda partlayışda xəsarət alan 5 nəfərin 2-si xəstəxanada öldü


27-04-2020, 09:51. Yazar: sevinc1
Masallıda partlayışda xəsarət alan 5 nəfərin 2-si xəstəxanada öldü


Masallı rayonunda baş verən partlayışda xəsarət alan 2 nəfər xəstəxanada dünyasını dəyişib.

Trend-in məlumatına görə, hadisə aprelin 16-da Təzə Alvadı kəndində baş verib. Kənd sakini İntiqam Qədiyevə məxsus fərdi yaşayış evində baş verən partlayış zamanı İ.Qədiyev, həyat yoldaşı Sevinc Qədiyeva, övladı Rüfanə Qədiyeva, Cahid Qədiyev və Zəhra Qədiyeva ağır xəsarətlər alıblar. Yaralılar Bakı şəhər 5 saylı şəhər Klinik Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilsələr də, İ.Qədiyev və həyat yoldaşı S.Qədiyevanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə başlanılan cinayət işi 314.3.cü maddəyə tövsif edilib.


aia.az
Geri dön