Ana Sayfa > Səhiyyə / Dünya > İranda koronavirusla bağlı son vəziyyət açıqlandı

İranda koronavirusla bağlı son vəziyyət açıqlandı


26-04-2020, 21:03. Yazar: sevinc1
İranda koronavirusla bağlı son vəziyyət açıqlandı



İranda son sutka ərzində daha 1 153 nəfər koronavirusa yoluxub, 60 nəfər həyatını itirib. AİA.Az “Regnum.ru”ya istinadən bildirir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Ölkədə indiyədək 5 710 ölüm, 90 481 yoluxma halı qeydə alınıb. Xəstələrdən 3 079-u ağır vəziyyətdədir.

Bundan əlavə, 69 657 nəfər sağalıb, 421 mindən çox koronavirus testi həyata keçirilib.

AİA.Az
Geri dön