Ana Sayfa > Media > Bu il tarixin ən isti ili ola bilər - PROQNOZ
Bu il tarixin ən isti ili ola bilər - PROQNOZ25-04-2020, 17:23. Yazar: sevinc1 |
Avropanın və Amerikanın bəzi alimlərinin fikrincə, 2020-ci ilin bütün dünyada havanın hərarəti üzrə ən rekord göstərici ili ola bilər. AİA.Az Lent.az-a istinadla bildirir ki, ötən il ən isti kimi tarixə düşüb, bu il həmin rekordun yeniləcəyi istisna olunmur. ABŞ-ın okean və atmosfer tədqiqatları üzrə Milli İdarəsinin (NOAA) məlumatına görə, 2020-ci ilin ilk 3 ayı onsuz da müşahidələr tarixinin ən isti dövründən biri olub - bu müddət 2016-cı ilin eyni 3 ayı ilə müqayisədə temperatur rekordunda ikinci olub. NOAA alimləri 2020-ci ilin müşahidə tarixində 75 faiz ehtimalla tarixin ən isti ili olacağını proqnozlaşdırırlar. Temperatur xüsusilə Avropada aktiv yüksəlir - burada orta temperatur XIX əsrdə ümumi dünyadakı ilə müqayisədə (1,1 dərəcə) 2 dərəcə yüksəlib. Britaniyanın iqlim araşdırmaları üzrə Milli mərkəzinin direktoru Rouen Sattonun sözlərinə görə, bu iki əsas amillə bağlıdır: birincisi, torpaq, ümumiyyətlə, okeandan daha sürətlə qızır, ikincisi, daha aktiv istiləşməyə Avropada hava çirkliliyinin azalması töhfə verir, bunun sayəsində yerin səthi də daha sürətlə qızdırılır. AİA.Az Geri dön |