Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Qazax Rayon Mərkəzi Xəstəxanasında nələr baş verir?

Qazax Rayon Mərkəzi Xəstəxanasında nələr baş verir?


25-04-2020, 16:17. Yazar: sevinc1
Qazax Rayon Mərkəzi Xəstəxanasında nələr baş verir?


(COVİD-19) xəstələrinə baxan tibb bacıları haqlarını tələb edirlər

AIA.Az BizimAz.az-a istinadən xəbər verir ki, Ölkə başcısı İlham Əliyevin iştirakı ilə bu ilin mart ayının 3-də Qazax Rayon Mərkəzi Xəstəxanasının müasir tələblərə cavab verən yeni binası istifadəyə verildi. Uzun illər tikintisi davam edən xəstəxananın acılışı həm kollektivin, həm də rayon sakinlərinin ürəyincə oldu. Hamı fikirləşirdi ki, Qazax rayonunda belə bir müasir xəstəxananın istifadəsi ilə artıq problemlər geridə qalacaq. Amma uzun illər xəstəxananın baş həkimi işləyən Sevda Məmmədovanın yenə də iş başında olması və rayonun icra strukturlarının da onu dəstəkləməsi həm kollektivin, həm də rayon ictimayyətinin hec də ürəyincə deyildi. Aldığımız məlumata görə, hec baş həkim də xəstəxananın yeni binasının acılışından məmnun deyilmiş. Deyilənə görə, bunun bir necə səbəbləri varmış...



Birincisi, təmir dövrü rayon ərazisində xəstəxanalara səpələnmiş kollektivi öz bildiyi kimi idarə edə bilməsi yeni binada baş həkimin nəzarətindən cıxıb. Bundan başqa deyilənə görə,səhiyyə sahəsinə ayrılan vəsaitlərin, tenderləri baş həkim kənardan mükəmməl idarə edirmiş. Məhz bu səbəbdən də Sevda Məmmədova Qazax Rayon Mərkəzi Xəstəxanasının yeni, müasir binasının acılışından narazı qalan tərəfdə olub. 2020-ci ildə Dünyanı bürüyən (Covid-19) pandemiyası da Sevda Məmmədovanın işinə yarıyıb. Dünən xəstəxananın həyətinə toplaşmış bir qrup tibb işcisi Ölkə başcısının 18 mart 2020-ci il tarixli Sərəncamına Sevda Məmməova tərəfindən əməl edilmədiyini bildirərək aksiya keciriblər.



Onlar bildiriblər ki, Prezident İlham Əliyev yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama görə, dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilib.Lakin onlar bu sərəncamdan irəli gələn vəzifələrini yerlərinə yetirsələr də, baş həkim sərəncamı yalnız özünə yaxın olanlara şamil edir.Tibb işciləri mart-aprel aylarında gecə-gündüz xəstəxanada calışdıqlarını bildirərək söyləyiblər ki, baş həkim onlarala tabelə qol cəkməmisiniz deyir. Aksiya iştirakcıları tabelin sonradan ortaya qoyulduğunu qeyd edərək baş həkimin bu işdə bir necə tibb işcisinə qarşı qərəzli olduğunu söyləyirlər. Ən maraqlısıda odur ki, aksiya iştirakcıları ilə ilk əvvəl xəstəxananın maliyyə məsələləri üzrə sözcüsü Məmməd bəy görüşüb.

Görüşdə Səhiyyə İşciləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri, baş həkimin adaşı Sevda xanımda iştirak edib.Lakin onlar da şikayətcilərə tabelə qol cəkməmisiniz deyərək aksiya iştirakcılarının arqumentlərinə hec bir cavab verə bilməyiblər. Bundan sonra baş həkim etiraz edənləri elə kabinetinin girişində qarşılayıb və bildirib ki, yuxarılara bu barədə məlumat verib. Sevda xanım tibb işcilərinə daha sonra söyləyib ki, həmin vaxt könüllü gəlmişdiniz, Sizə düşmür. Mənə deyiblər ki, kim xəstələrlə işləyib, pul yalnız onlara veriləcək. Amma mən Sizində adınızı yazmışam.Cıxın gedin evinizə.

Qazax Rayon Mərkəzi Xəstəxanasında baş verənlərə münasibət öyrənmək ücün Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki,məsələ ilə bağlı araşdırılma aparılacaq və Sizə məlumat veriləcək. "Təbib" İdarə Heyətinin sədri Ramin Bayramlının münasibətini öyrənə bilmədik. Ətraflı məlumat verəcəyik. Əks tərəfin mövqeyini dərc etməyə hazırıq.







AIA.Az
Geri dön