Ana Sayfa > Karusel / Siyasət > İlham Əliyevin təşəbbüsü ilə liderlərin sammiti keçiriləcək

İlham Əliyevin təşəbbüsü ilə liderlərin sammiti keçiriləcək


24-04-2020, 16:42. Yazar: sevinc1
İlham Əliyevin təşəbbüsü ilə liderlərin sammiti keçiriləcək


Qoşulmama Hərəkatına üzv ölkələrin liderlərinin "Yeni koronavirus pandemiyasına (COVİD-19 ) qarşı mübarizədə birlik" adı altında video-konfrans formatında sammiti keçiriləcək.

Bu barədə Azvision.az -a Misirin Azərbaycandakı səfiri Abdel İbrahim məlumat verib.

Onun sözlərinə görə, sammit Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə may ayının 4-də baş tutacaq.

Səfir, həmçinin qeyd edib ki, sammitdə Misir Ərəb Respublikasının Prezidenti Abdel Fəttah əl-Sisi də iştirak edəcək.

aia.az
Geri dön