Ana Sayfa > Gündəm > Bələdiyyə maaşlarının verilməsinə görə Operativ Qərargaha müraciət ediləcək
Bələdiyyə maaşlarının verilməsinə görə Operativ Qərargaha müraciət ediləcək24-04-2020, 16:41. Yazar: sevinc1 |
![]() Bələdiyyələr maaşlarının verilməsinə görə dövlət büdcəsindən maliyyələşmirlər. Bununla bağlı biz Nazirlər Kabineti yanında Operativ Qərargaha da müraciət edəcəyik. Trend-in məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, bələdiyyələrə dövlət tərəfindən dotasiyalar verilir: “Bu gün bələdiyyələrin maaş vermək imkanı yoxdur. Ona görə həmin insanların maaşlarının verilməsi ilə bağlı müraciət edəcəyik”. Deputat Kamran Bayramov isə 9 minə qədər bələdiyyə işçisinin və qulluqçusunun maaşlarının bir hissəsinin dövlət tərəfindən verilməsini təklif edib. aia.az Geri dön |