Ana Sayfa > Karusel / Cəmiyyət > Lerikdə məmurun özünü güllələməsi ilə bağlı cinayət işi başlandı

Lerikdə məmurun özünü güllələməsi ilə bağlı cinayət işi başlandı


24-04-2020, 11:18. Yazar: sevinc1
Lerikdə məmurun özünü güllələməsi ilə bağlı cinayət işi başlandı


Lerik Rayon İcra Hakimiyyətində baş məsləhətçi işləyən Qalib Quliyevin özünü öldürməsi ilə bağlı cinayət işi başlanılıb.

Rayon prokurorluğundan aia.az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq tədbirləri həyata keçirilir.

Xatırladaq ki, rayon sakini 1977-ci il təvəllüdlü Qalib Quliyev aprelin 23-də saat 12 radələrində özünü ov tüfəngi ilə güllələyib. Onun meyiti evinin yaxınlığında güllələnmiş vəziyyətdə tapılıb.


aia.az
Geri dön