Ana Sayfa > Cəmiyyət > Karantin rejimini pozan daha 1 151 sürücü inzibati məsuliyyətə cəlb edildi

Karantin rejimini pozan daha 1 151 sürücü inzibati məsuliyyətə cəlb edildi


24-04-2020, 10:35. Yazar: sevinc1
Karantin rejimini pozan daha 1 151 sürücü inzibati məsuliyyətə cəlb edildi


Karantin rejimini pozan daha 1 151 sürücü inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) aia.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 23.04.2020-ci il saat 00:00-dan 24.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 151 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 37 515 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.


aia.az
Geri dön